Azərbaycanda problemli kreditlər cüzi artıb

Azərbaycanda problemli kreditlər cüzi artıb
17:17 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi məbləği 2017-ci il yanvarın 1-nə 1 472,6 mln. manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 30,3 mln. manat və yaxud 2,13% çoxdur.
Son bir ildə isə vaxtı keçmiş kreditlər 35,9 mln. manat və yaxud 2,38% azalıb.
Qeyd edək ki,2016-cı ilin sonunda problemli kreditlər ümumi kredit portfelinin 8,95%-ni təşkil edib. Bu nisbət 1 ay əvvəl 8,86%, 2015-ci ilin sonunda isə 6,94% olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-problemli-kreditler-cuzi-artib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR