Neftin bahalaşması Rusiya büdcəsinə əlavə 25 mlrd. dollar qazandırıb

Neftin bahalaşması Rusiya büdcəsinə əlavə 25 mlrd. dollar qazandırıb
17:17 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ 2016-cı ilin dekabr ayında OPEC və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı əldə olunan razılaşmadan sonra artmağa başlayan neft qiymətləri Rusiya büdcəsinə əlavə 1,5 trln. rubl (25 mlrd. ABŞ dolları) gəlir gətirib. 
"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Vyanada fəaliyyət göstərən beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Vladimir Voronkov bildirib. 
Onun sözlərinə görə, Rusiya ilə OPEC münasibətlərində 2016-cı ildə əldə olunan irəliləyişlər nəticəsində neftin barelinin qiyməti 80%-dən çox artaraq 30 dollardan 55 dollara yüksəlib. Bu da Rusiya büdcəsində əlavə neft gəlirlərinin əmələ gəlməsinə gətirib çıxarıb. 
Qeyd edək ki, hasilatın azaldılması ilə bağlı razılaşmaya əsasən, Rusiya tərəfi gündəlik hasilatı 300 min barel və ya təxminən 3%-ə qədər azaltmağı öhdəlik kimi qəbul edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neftin-bahalasmasi-rusiya-budcesine-elave-25-mlrd-dollar-qazandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR