Azərbaycandakı bankların mərkəzləşmiş öhdəlikləri 4% azalıb

Azərbaycandakı bankların mərkəzləşmiş öhdəlikləri 4% azalıb
17:27 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan öhdəlikləri 2017-ci il yanvarın 1-nə 7 046,8 mln. manat təşkil edib.
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliyin həcmi dekabrın 1-nə olan göstərici ilə müqayisədə 275,4 mln. manat və ya 3,76% azalıb, ötən ilin əvvəlinə nisbətən isə 1 671,8 mln. manat və ya 31,1% artıb. 
Qeyd edək ki, kommersiya banklarının AMB qarşısındakı öhdəliklərində dekabr ayında azalma olsa da, xarici öhdəliklərində yanvarın 1-ə 185,7 mln. manat artım qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycandaki-banklarin-merkezlesmis-ohdelikleri-4-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR