İrəvanda etiraz aksiyası - FOTO

İrəvanda etiraz aksiyası - FOTO
17:37 10 Fevral 2017
171 Dünya
Ölkə mətbuatı
A- A+

Dünən Ermənistan polisinin altıncı bölməsi tərəfindən ötən ilin iyulunda İrəvanda post-patrul alayını ələ keçirmiş "Sasna Tsrer" silahlı qrupunun üzvlərinə çörək aparan Artur Sarkisyan kobud qanun pozuntuları ilə həbs edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu dəqiqələrə İrəvanda Xüsusi İstintaq Xidmətinin binası qarşısında Sarkisyana dəstək olaraq piket keçirilir. Etirazçılar onun təcili azad olunmasını tələb edirlər.

Nümayişçilərin arasında SSRİ-nin xalq artisti Frunzik Mkrtçyanın həyat yoldaşı Tamara Ovanisyan, "Təsisedici parlament"in mətbuat katibi Syuzan Simonyan kimi tanınmış simalar da var.

Xatırladaq, Artur Sarkisyan keçən ilin iyulunda şəxsi maşınında polis kordonunu yararaq alayı tutmuş "Sasna Tsrer" üsyançılarına yemək və tibbi ləvazimatlar çatdırmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR