Moskva hava limanında partlayış törədəcəyi ilə hədə-qorxu gələn şəxs saxlanılıb

Moskva hava limanında partlayış törədəcəyi ilə hədə-qorxu gələn şəxs saxlanılıb
17:42 10 Fevral 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiya polisi Moskvanın Domodedovo hava limanında Moskva-Berlin aviareysində partlayış törədəcəyi ilə hədə-qorxu gələn şəxsi saxlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairisə üzrə Nəqliyyat İdarəsindən bildirilib.
İdarənin məlumatına görə, Moskva-Berlin aviareysinin sərnişinlərindən biri nəqliyyat vasitəsinə minik vaxtı təyyarəni partladacağını bildirib. Bundan sonra polis əməkdaşları dərhal təyyarənin göyərtəsinə qalxaraq, təhdid edənin 66 yaşlı Rusiya vətəndaşı olduğunu müəyyənləşdiriblər.
Sərnişinlər təyyarədən endirildikdən sonra hava gəmisində partlayıcı qurğuların olması şübhəsi ilə axtarış işləri həyata keçirilib, amma heç nə aşkar edilməyib.
Saxlanılan şəxs polis şöbəsinə aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskva-hava-limaninda-partlayis-toredeceyi-ile-hede-qorxu-gelen-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR