Azərbaycanda real effektiv məzənnə artıb

Azərbaycanda real effektiv məzənnə artıb
17:42 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il yanvar ayının 1-nə 91,3 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, dekabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 1,0 bənd yuxarıdır. Ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə real effektiv məzənnə 18,7 bənd azalıb.
Real effektiv məzənnənin artması manatın dəyərinin ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə bahalaşması deməkdir. Bu da oz növbəsində ölkədən ixracın zəifləməsi və idxalın daha ucuz qiymətə həyata keçirilməsinə gətirib çıxarır. 
"Report"un analitik qrupu yanvar ayında Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının möhkəmlənməsi səbəbindən manatın real effektiv məzənnəsinin kəskin azalacağını proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-real-effektiv-mezenne-artib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR