"Real" 100 milyonluq transferə hazırlaşır

"Real" 100 milyonluq transferə hazırlaşır
17:57 10 Fevral 2017
173 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın heyətinə qatmaq istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Kral Klubu" Andrea Belottini hədəfə alıb.


"Torino"dakı çıxışı ilə diqqətləri üzərinə çəkən futbolçu üçün artıq danışıqların başladığı bildirilir. Deyilənə görə, "Torino" prezidenti Urbano Sayro Madridə gedərək "Real" rəhbərliyi ilə görüşüb. İspanların italyan hücumçu üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilir.


Qeyd edək ki, "Torino" Andrea Belottini 2015-ci ildə "Palermo"dan 8,4 milyon avroya alıb. 23 yaşlı futbolçu hazırkı klubunun heytində 59 rəsmi oyuna çıxıb və 29 qol vurub. O, İtaliya millisinin heyətində keçirdiyi 5 matçda 3 dəfə fərqlənib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-100-milyonluq-transfer-hazrlar-t56181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR