Azərbaycanda test imtahanlarında iştirak məbləği müəyyənləşdirilir

Azərbaycanda test imtahanlarında iştirak məbləği müəyyənləşdirilir
18:42 10 Fevral 2017
322 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında bəzi məsələlər barədə sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sənəd Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə imzalanıb. 
Sərəncama əsasən, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini 15 gün müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycanda-test-imtahanlarinda-istirak-meblegi-mueyyenlesdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR