Elmar Məmmədyarov Gürcüstan nümayəndə heyəti ilə görüşüb

Elmar Məmmədyarov Gürcüstan nümayəndə heyəti ilə görüşüb
18:47 10 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri Tea Tsulukianin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı dost və qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Tərəflər ölkərimizin ədliyyə, penitensiar və notarial xidmətlər sahəsində uğurlu əməkdaşlığı və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-gurcustan-numayende-heyeti-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR