Gəncədə açıq qəbul günü keçirilib

Gəncədə açıq qəbul günü keçirilib
19:04 10 Fevral 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

 

Gəncə şəhərində icra hakimiyyəti tərəfindən vətəndaşlarla açıq qəbul günü keçirilib.

 

Şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, qəbulda əsasən işıq, qaz və su problemləri, məşğulluğun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə dəstək və.s ilə bağlı problemlər səsləndirilib. İşsiz vətəndaşların işlə təmin olunması, Qarabağ müharibəsi əlillərinin mənzil ilə təminatı məsələsi də önə çəkilib.

 

 İcra başçısı Elmar Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb.

 

Belə ki, qəbulda iştirak edən I qrup Qarabağ əlili Vüsal Məmmədovun toyunun xərcləri və digər ehtiyacları qarşılanıb. II qrup Qarabağ əlili Arif Cabbarovun isə qızının işlə təminatı, şəhid atası İlham Bayramovun mənzil şəraitinin yaxşılaşdırılması məsələsi də həllini tapan problemlərdən olub.

 

Vətəndaş qəbulunda şəhərin qəsəbələrində tibb və digər məntəqələrin yaradılması məsələsi də gündəmə gətirilib. Bu istiqamətdə işlərin qısa zamanda yekunlaşacağı və məntəqələrin təhvil veriləcəyi bildirilib.

 

Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başçısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verilib.

 

Ölkə rəhbərinin tapşırığına əsasən müntəzəm olaraq Gəncə şəhərində vətəndaş qəbulunun keçirildiyini qeyd edən Elmar Vəliyev vurğulayıb ki, bu dəfə 62 vətəndaş problemləri üzrə müraciət edib. 

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR