"Bloomberg" bu il Rusiya iqtisadiyyatının 1,1% artacağını proqnozlaşdırıb

"Bloomberg" bu il Rusiya iqtisadiyyatının 1,1% artacağını proqnozlaşdırıb
19:22 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyanın iqtisadi artım sürətinin 2017-ci ildə 1,1%, 2018-ci ildə 1,5% təşkil edəcəyi proqnozlaşdırılıb. 
"Report"un "Rambler News Service" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat "Bloomberg" agentliyinin iqtisadçılar arasında apardığı sorğunun nəticlərinə əsasən verilib. İqtisadi artıma səbəb kimi sorğuda iştirak edən İsveçrənin UBS Bankı, əmtəə qiymətlərindəki artım, investisiya mühitinin yaxşılaşması, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların mümkün zəiflədilməsi fonunda investorlar üçün siyasi risklərin azaldılması göstərilib.
Xatırladaq ki, Rusiya iqtisadiyyatının 2017-ci ildə inkişaf proqnozları barədə digər maliyyə təşkilatlarının artım diapazonu 1-1,5% təşkil edir. Belə ki, Dünya Bankı 2017-ci ildə Rusiyanın ÜDM artımın 1,5%, Beynəlxalq Maliyyə İnstitutu 1,4%, BMT 1%, "Moody's" Beynəlxalq Reytinq Agentliyi isə 1,5% proqnozlaşdırıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bloomberg-bu-il-rusiya-iqtisadiyyatinin-1-1-artacagini-proqnozlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR