Rusiya qırıcısının səhvi, yoxsa "yanlış koordinasiya"? - Türkiyədən CAVAB

Rusiya qırıcısının səhvi, yoxsa "yanlış koordinasiya"? - Türkiyədən CAVAB
19:37 10 Fevral 2017
695 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri (SQ) ötən gün Suriyada Rusiya qırıcısının türk hərbçilərin ölümü ilə nəticələnən zərbəsinin "yanlış koordinasiya" ilə əlaqələndirilməsinə münasibət bildirib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Türkiyə SQ Baş Qərargahının bəyanatında bildirilir ki, aviazərbə nəticəsində həlak olan türk hərbçilər 10 gündür eyni nöqtədə idilər:

"Türkiyə SQ-nin üzvlərinin olduğu nöqtənin koordinatları son dəfə fevralın 8-i, saat 23:11-də Hmeymimdəki Əməliyyat Mərkəzində müvafiq heyətə təkrar ötürülüb".

Qeyd edək ki, ötən gün Suriyada Rusiya qırıcısı türk hərbçilərin olduğu binanı atəşə tutub. Nəticədə Türkiyənin 3 hərbçisi ölüb, 11-i yaralanıb.

Rusiya tərəfi bunu "yanlış koordinat" verilməsi ilə əlaqələndirirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR