Norveç səfiri Tərcümə Mərkəzində olub

Norveç səfiri Tərcümə Mərkəzində olub
19:52 10 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı 10 fevral. REPORT.AZ/ Norveç Krallığının Azərbaycandakı səfiri Bord İvar Svendsen Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, görüş zamanı əsərləri Azərbaycan dilinə tərcümə edilən və zaman-zaman Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilən Henrik İbsen, Knut Hamsun, Arvid Turgeyr Li, Yusteyn Qorder, Tarey Vesos kimi məşhur ədiblərin yaradıcılığından, Azərbaycanda Norveç ədəbiyyatına olan maraqdan söz açılıb. 
Həmçinin Azərbaycan ədəbiyyatının Norveç dilinə tərcüməsinin təşkili və Osloda nəşri məsələləri müzakirə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/norvec-sefiri-tercume-merkezinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR