Azərbaycan çempionatında biabırçılıq! - FOTO

Azərbaycan çempionatında biabırçılıq! -   FOTO
20:07 10 Fevral 2017
200 İdman
Ölkə mətbuatı
A- A+

I divizionun XV turunda "Bakılı" "Şərurspor"u qəbul edib. Fanat.Az futbol11.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində meydan sahiblərinin baş məşqçisi əvəzetməyə əl atıb.


Normal futbolu olan ölkələrdə əvəzetmələr zamanı dördüncü hakim tablodan istifadə edir. Ancaq, "İnter Arena"nın 4-cü meydançasında keçirilən qarşılaşmada tablo yox olmayıb.


Bundan başqa matçın 25-ci və 32-ci dəqiqələrində meydan sahiblərinin futbolçuları zədələnib. Bu zaman "Bakılı"nın həkiminin olmaması diqqət çəkib. Zədələnən futbolçulara "Şərurspor"un həkimi tibbi yardım göstərib.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-cempionatnda-biabrclq-t56183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR