Kürdəmirdə “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

Kürdəmirdə “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib
20:12 10 Fevral 2017
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 10 fevral. REPORT.AZ/ Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kürdəmir Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər 3 saylı tam orta məktəbdə “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib.
Komitədən "Report"a verilən məlumata görə, tədbirdə Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, RPŞ-nin əməkdaşı Asif Əhmədov, DTX-nın Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
E.Qafarov deyib ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür. İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayan Azərbaycan böyük bir missiyanı üzərinə götürüb.
Ə.Rəfiyev çıxışında beynəlxalq çağırışlar, zorakılıq və terror hadisələrinin yayılması, bu terrorun bəzi beyinlərdə İslamla əlaqələndirilməsi, bu dinə zorakılıq mənbəyi, ekstremizmə sövq edən din kimi baxılması kimi halların fonunda İslam dünyasının bu həmrəyliyə möhtac olduğunu bildirib. O, gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə DTX-nın Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, “Dini radikalizm və ekstremizmə qarşı mübarizənin təşkili”, RPŞ-nin əməkdaşı Asif Əhmədov isə “Radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan və bu sahədə həyata keçirilmiş profilaktik tədbirlər” mövzusunda çıxışlar ediblər.


Xəbərin orijinal ünvanı: https://report.az/din/kurdemirde-i-slam-hemreyliyi-genclerin-gozu-ile-movzusunda-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR