Paris terrorunda şübhəli bilinən 4 nəfəri ələ keçdi

Paris terrorunda şübhəli bilinən 4 nəfəri ələ keçdi
20:23 10 Fevral 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa polisi Paris terrorunda şübhəli bilinən üç kişi və 16 yaşlı bir qız olmaqla daha dörd nəfəri saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bruno Le Rouks məlumat verib. Onlardan 2015-ilin noyabrında Parisdə törədilən terror aktı zamanı hazırlanan bomba ilə eyni üsulla düzəldilən partlayıcılar götürülüb. Məlumatda saxlanılan qızın internet vasitəsilə ekstremist bəyanatlar da verdiyi bildirilir.

Xatırladaq ki, 2015-ci il noyabrın 13-də Parisdə törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Bu faciə Fransada ən qanlı terror aktı kimi tarixə düşüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR