Sputnik Azərbaycan "Sən supersən!" Rusiya teleşousunu canlı göstərəcək

Sputnik Azərbaycan "Sən supersən!" Rusiya teleşousunu canlı göstərəcək
20:42 10 Fevral 2017
175 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sputnik Azərbaycan" İnformasiya Agentliyi və Radiosu Rusiyanın NTV telekanalının "Sən supersən!" beynəlxalq uşaq vokal müsabiqəsini öz resurslarında canlı yayımlayacaq.

Canlı yayım hər həftə olmaqla 11 fevral saat 21.00-da MDB və Baltikyanı regionun 10 ölkəsində başlayacaq. Şounun Avrasiya məkanından olan ilk iştirakçıları Qazaxıstan,
Ermənistan və Moldovanı təmsil edəcəklər.
İştirakçıların necə yaşadıqlarını və müsabiqəyə necə hazırlaşdığını Sputnik saytlarında və sosial şəbəkələrdə səhifələrində izləmək olacaq.

Sputnik-in sosial şəbəkələrdə səhifələrində istifadəçilər şou iştirakçılarına dəstək ola, öz arzularını bildirə bilərlər. Uşaqlar ölkəyə qayıtdıqdan sonra onlar iştirakçılara çatdırılacaq.

"Sən supersən!" şousunun iştirakçılarını Rusiyanın tanınmış musiqiçiləri və prodüsserlərindən ibarət münsiflər heyəti qiymətləndirəcək.  Telelayihənin aparıcısı Rusiyanın məşhur teleaparıcısı Vadim Takmenyov olacaq. "Sən supersən!" müsabiqəsi Rusiyanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

Rusiyanın NTV telekanalı və "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun "Sən supersən!" layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan 92 uşaq iştirak edir. 

"Sən supersən!" müsabiqəsi Rusiyanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

"Sən supersən!" uşaq vokal müsabiqəsinin premyerası 11 fevral tarixində NTV telekanalında baş tutacaq. Şounun yeniliklərini Sputnik Azərbaycan resurslarında izləmək olar.

NTV - Rusiyanın bütün ərazisində yayım həyata keçirən ən böyük qeyri-dövlət teleşirkətidir. 1993-cü ilin oktyabrından efirə çıxan NTV daimi olaraq yerli televiziya məkanının ilk üçlüyündə yer alır. NTV Rusiya Federasiyasının bütün subyektlərində yayımlanaraq, ölkə əhalisinin 99,2%-ni əhatə edir. NTV Rusiyadan kənarda - yaxın xaric, Avropa, Yaxın Şərq, Şimalı Amerika və Avstraliyadakı rusdilli tamaşıcılar üçün iki beynəlxalq versiya - NTV-Dünya (НТВ-Мир) və NTV-Amerika (НТВ-Америка) istehsal edir. NTV yarandığı gündən əsas televiziya janrlarında məhsullar yaradır və inkişaf etdirir. Telekanalın verilişləri arasında jurnalist araşdırmaları, ictimai dəyəri olan mövzular haqda diskussiyalar, ilk növbədə isə NTV-nin yayımının əsasını təşkil edən xəbərlər və analitik materiallar liderlik edir. 

Telekanal kollektivinin peşəkarlığı Rusiya və dünyada qəbul edilib. NTV-nin aparıcıları və müxbirləri hər il dövlət və jurnalist mükafatlarına layiq görülürlər.
Kanalın əyləncə layihələri dəfələrlə müxtəlif mükafatlara sahib olub.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR