Niyam "nəxənəy" sözünə görə üzr istədi

Niyam "nəxənəy" sözünə görə üzr istədi
21:06 10 Fevral 2017
224 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salaminin Sumqayıtda yaşayanlarla bağlı dediyi "nəxənəy" (hər şeyi müftə əldə etməyə çalışan, fürsətcil şəxslərə deyilir) kəlməsi qalmaqala səbəb olub.

Axşam.az xəbər verir ki, ifaçı söz-söhbətə aydınlıq gətirərək, üzr istəyib:

"Bu gün xoşagəlməz sözlərlə qarşılaşdım. Dostlar, məni tanıyanlar bilirlər ki, mənim heç vaxt heç kiminlə işim olmayıb. 3 il bundan əvvəl Xırdalanda yaşayanda evimdən oğurluq edildi. Amma mən həmin adamı polisə vermədim. Hətta, o, başqa oğurluq üstündə tutulanda da, buna sevinmədim. Sadəcə o gün mənə oğurluqla bağlı sual verildi, yaram təzələndi və əsəbləşib yarızarafat bunu avara uşaqlara demişəm. Əgər bu kəlməm kimlərəsə pis təsir edibsə, mən onlardan üzr istəyirəm".

Sonda üzünü Sumqayıtlılara tutan müğənni xahiş edib ki, onun sevgisini belə sözlərlə insanlar arasında zəiflətməsinlər. 

Xatırladaq ki, ötən gün N.Salami Lent.az-a müsahibəsində evində oğurluq barədə danışıb. O, açıqlama zamanı Sumqayıt şəhər sakinlərini tənqid də edib:

“Sözü hər zaman açıq deyirəm. Sumqayıt şəhərindən xoşum gəlir. Amma Sumqayıtın sakinlərinin yarıdan çoxu "nəxənəy" (hər şeyi müftə əldə etməyə çalışan, fürsətcil şəxslərə deyilir) adamlardı. Bunu hamı bilsin. Elə evimi soyan adam da sumqayıtlı idi. Hər şeyimi oğurlayıb. Videokameramı, paltolarımı, kəmərlərimi, xaricdən gətirdiyim fərqli əşyaları götürmüşdü”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR