""Milan"ı çalışdıracağımı düşünmürəm"

""Milan"ı çalışdıracağımı düşünmürəm"
21:17 10 Fevral 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

"Milan"ın maraq dairəsində olan Roberto Mançini bununla bağlı münasibətini bildirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,ölkəsinin mətbuatına danışan italiyalı çalışdırıcı "rossonyerlər"i çalışdırmaq fikrində olmadığını bildirib.

52 yaşlı mütəxəssis "qırmızı-qaralar"ın rəsmiləri ilə danışıq aparmadığını qeyd edib: ""Milan"ı çalışdıracağımı düşünmürəm. Bolonyaya dostlarımı görməyə, həm də "Milan"la oyuna baxmağa getmişdim. Bu klubun rəsmilərindən Fassone və Mirabelli ilə tanışam. Lakin çoxdandı ki, onlarla əlaqəm yoxdu".
 
Qeyd edək ki, Mançininin son iş yeri "İnter" olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR