Braziliya və Argentina milliləri 100 minlik stadionda görüşəcəklər

Braziliya və Argentina milliləri 100 minlik stadionda görüşəcəklər
21:27 10 Fevral 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Braziliya və Argentina milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, Latın Amerikası təmsilçiləri iyunun 9-da Avstraliyanın Melburn şəhərində üz-üzə gələcəklər.

Oyun 100 min tamaşaçı tutumuna malik "Melburn Kriket Qraund" stadionunda baş tutacaq.

Qeyd edək ki, bu komandalar arasında sonuncu oyun ötən il noyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilib. Braziliyada baş tutmuş matçda meydan sahibləri böyük hesabla qalib gəlib - 3:0. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR