Düyünü bişirdikdən əvvəl yaxşı yuyun və bol suda isladın yoxsa...

Düyünü bişirdikdən əvvəl yaxşı yuyun və bol suda isladın yoxsa...
21:37 10 Fevral 2017
316 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alimlər sübut edib ki, düzgün bişirilmədikdə düyü sağlamlığımıza ciddi ziyan vura bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Belfast Kral Universiteti alimləri düyüdə çoxlu miqdarda "arsen" adlı zəhərli maddəni aşkar edib. Bu maddə düyüyə torpaqdan və sudan düşür. İstənilən digər məhsullarla müqayisədə düyüdə arsenin miqdarı 10 dəfə çoxdur.

Arsen güclü zəhərdir və orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.

Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı düyüdə 80%-ə qədər azalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR