İki otaqlı evdə yanğın olub

İki otaqlı evdə yanğın olub
22:05 10 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə fərdi yaşayış evində yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın bu gün axşam saat 19:50 radələrində rayonun Qoxmuq kəndində, kənd sakini Kamil Nurəhməd oğlu Yahyəyevə məxsus, ümumi sahəsi 90 kv/m olan birmərtəbəli iki otaq və aynabənddən ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.
 
Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının qarşısı dərhal alınıb. Yanğın zamanı evin bir otağının 28 kv/m-lik sahəsində tavan hissəsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/516362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR