Xərçəng olan ər-arvaddan şok addım - FOTO

Xərçəng olan ər-arvaddan şok addım - FOTO
22:27 10 Fevral 2017
333 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İzmir şəhərinin Çeşmə rayonuna istirahətə yollanan 70 yaşlı Altay Çetin və 68 yaşlı Ülkər Çetin öləndən sonra ölkədə məşhurlaşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Çeşmədə hotelə yerləşdikdən bir müddət sonra bəzi əşyaları və mobil telefonlarını otaqda qoyan yaşlı cütlük gecə saatlarında məkanı tərk edərək qeyb olublar. Bir neçə yaxınına intihar edəcəklərinə dair mesaj göndərən Çetin ailəsindən uzun müddət xəbər çıxmayıb.

Təhlükəsizlik qüvvələri tərəfindən dənizdə və bir çox məkanda axtarılan cütlüyün cəsədi 3 gün sonra tapılıb.

Hotelin xidmətçiləri yaşlı insanların intihar etmızdən öncə yazdıqları iki məktubu tapıblar. Bunlardan birinin intihar, digərinin isə hotelin səlahiyyətli şəxslərinə 2 min lirə bəxşiş buraxdıqlarından bəhs edən məktub olduğu bəlli olub.

Altay Çetin və Ülkər Çetinin xərçəng xəstəsi olduqlarına görə intihar etdikləri müəyyənləşib. Onlar məktubda Çeşməni çox sevdiklərinə görə burada intihar etməyə üstünlük verdiklərini yazıblar.

Cütlük bundan əlavə bütün var-dövlətini xeyriyyə qurumlarına vəsiyyət edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR