Konqoda hərbçilərlə toqquşma zamanı təqribən 50 nəfər qətlə yetirilib

Konqoda hərbçilərlə toqquşma zamanı təqribən 50 nəfər qətlə yetirilib
22:27 10 Fevral 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ Konqo Demokratik Respublikasında toqquşma zamanı hərbçilər ötən ilin avqustunda öldürülən müxalifət lideri Kamva Nsapunun 50-dən çox tərəfdarını qətlə yetiriblər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Nsapunun tərəfdarları liderin ölümünə görə qisas almaq məqsədi ilə hərbçilərlə toqquşmaya giriblər.
KİV-in məlumatına görə, Mərkəzi Konqoda ölkənin təhlükəsizlik qüvvələri və Nsapu tərəfdarları arasında münaqişə səbəbindən yüzlərlə insan ölüb, minlərlə yerli sakin ölkəni tərk edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/konqoda-herbcilerle-toqqusma-zamani-teqriben-50-nefer-qetle-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR