Ən faydalı içkilərin SİYAHISI - Mütəxəssislər tövsiyə edir

Ən faydalı içkilərin SİYAHISI - Mütəxəssislər tövsiyə edir
22:42 10 Fevral 2017
710 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər insan sağlamlığı üçün ən faydalı içkilərin siyahısını tərtib ediblər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, içkilər faydalı xüsusiyyətlərə görə belə sıralanıb:

1-ci yer. Ağ çay. Xüsusi çay növüdür. 
2-ci yer. Yaşıl çay.
Hər iki çay polifenol maddələrlə zəngindir ki, bu maddələr orqanizmi hüceyrə səviyyəsində cavanlaşdırır, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Ağ çay polifenolların miqdarına görə çempion sayılır.
3-cü yer. Karkade çayı. Bu tünd qırmızı rəngdə olan dadlı və ətirli içki Hibiscus sabdariffa gülündən hazırlanır. Karkade antosian maddələrlə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığını qoruyur.
4-cü yer. Qəhvə. Bu içki ürək-damar sistemi üçün faydalıdır və həmçinin xərçəng xəstəliklərinin riskini azaldır.
5-ci yer. Tomat şirəsi. Bu içki görməni yaxşılaşdırır, insultdan qoruyur və bəzi xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.
6-cı yer. İtburnu dəmləməsi. C vitamini ilə olduqca zəngindir, immuniteti möhkəmləndirir, ürək və damarlar üçün faydalıdır, orqanizmdə iltihabları azaldır.
7-ci yer. Qırmızı çaxır. Ürək və damarlar üçün faydalıdır, qanda pis xolesterinin səviyyəsini aşağı salır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/516137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR