Lavrov və Tillerson arasında ilk görüşün keçiriləcəyi yer məlum olub

Lavrov və Tillerson arasında ilk görüşün keçiriləcəyi yer məlum olub
23:05 10 Fevral 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Vaşinqtondakı diplomatik mənbə bildirib.

Məlumata əsasən, Tillersonla Lavrovun ilk görüşü gələn həftə Almaniyanın Bonn şəhərində keçiriləcək. 
 
Qeyd edək ki, fevralın 16-17-də Bonnda "G-20" ("Böyük iyirmilik") ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə məsləhətləşmələr keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR