Əfsanəvi qapıçı “Bavariya”ya qayıdır

Əfsanəvi qapıçı “Bavariya”ya qayıdır
23:12 10 Fevral 2017
142 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya futbolunun canlı əfsanəsi Oliver Kan doğma komandası "Bavariya"ya qayıda bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, keçmiş qapıçı Münhen klubundan təklif alıb.

Belə ki, "Bavariya" rəhbərliyi Kana klubun idman direktoru vəzifəsini təklif edib. Almanlar ilk olaraq mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan Filipp Lamı bu posta gətirmək niyyətində idilər. Lakin Lam buna razılıq vermədiyindən, "Bavariya" Kanla danışıqlara başlayıb.
 
Qeyd edək ki, Oliver Kan 1994-2008-ci illərdə "Bavariya"nın qapısını qoruyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR