Regional xüsusi xidmət orqanlarının axtardığı iri narkotik tacir Lənkəran rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Sputnik
Azərbaycan-a Lənkəran rayon Polis İdarəsindən məlumat verilib.
Saxlanılan şəxs 1979-cu il təvəllüdlü Məmmədov Elnur Ağa
oğludur.
Kişi əməliyyatçılar tərəfindən opium qəbul edərkən yaxalanıb.
Məmmədovun saxlanılmasına səbəb yanvar ayında 2 kiloqram opiumun
saxlanılması ilə bağlı aparılan araşdırma olub.
Yanvarın 22-də Lənkəran RPİ-nin əməliyyatçıları iri partiya
narkotik maddə ələ keçiriblər: 2 kq 100 q opium və 100 qr
metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul).
Reyd zamanı Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Məmmədov
Aqşin Aslan oğlu saxlanılıb. Əməliyyatçılar Aqşin Məmmədovu
avtomobillə Bakıya gələrkən yaxalayıblar. Axtarış zamanı Məmmədovun
üzərindən 2 kq 100 qr opium və 100 qr metamfetamin (amfetamindən
hazırlanmış kristal məhsul) tapılaraq götürülüb. Məmmədov etiraf
edib ki, şəhərdə opiumu 10 min manata, metamfetamini isə 5 min
manata satmağa hazırlaşırmış. İlkin istintaq zamanı saxlanılan şəxs
bildirib ki, narkotiki Rza adlı İran vətəndaşından alıb.
Məmmədovun sözlərinə görə, o, iranlıya 10 min manat verib ki, ona
gül üçün dekorativ qablar göndərsin. Amma Rza gül qabı almayıb.
"Gül qabları yoxdur, pul xərclənib, amma əvəzində opium var, onu
Bakıda sataraq böyük pul əldə edə bilərsən" — iranlı Məmmədova
bildirib. Məsələni beləcə həll ediblər. Məmmədov Rzadan opium və
metamfetamin alıb və sərhəddən rahat keçirib. Amma Bakı yolunda onu
asayiş keşikçiləri yaxalayıblar.
Aqşin Məmmədovun telefon danışıqları araşdırılarkən xüsusi xidmət
orqanlarının əməkdaşları opium sifarişçisi Elnur Məmmədovun izinə
düşüblər. “O iri narkobarondur. Uzun müddətdir regionun xüsusi
xidmətləri onu axtarırdılar. O, çox ustalıqla özünün cinayət
fəaliyyətlərini gizlədib. Burada hamı Məmmədovu yerli toylarda
mahnı oxuyan müğənni kimi tanıyır. İndi o, oxuya bilməyəcək, çünki
həbsxanada buna görə pul vermirlər. Amma rəqs etməyi öyrənmək
lazımdır” – polis ironiya ilə deyib. Lənkəran RPİ-dən verilən
məlumata görə, bu gün sözügedən şəxslərlə əlbir olan bütün
cinayətkar dəstə, sifarişçilər və icraçılar saxlanılıb.