Bonuççi: "Ronaldu və Messi fenomenal futbolçulardır, hərəsi özünə görə yaxşıdır"

Bonuççi: "Ronaldu və Messi fenomenal futbolçulardır, hərəsi özünə görə yaxşıdır"
23:57 10 Fevral 2017
167 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 fevral. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun müdafiəçisi Leonardo Bonuççi "Real"ın hücumçusu Kriştianu Ronaldu və "Barselona"nın forvardı Lionel Messini müqayisə edib.
"Report" xəbər verir ki, onun sözlərini UEFA-nın mətbuat xidməti sitat gətirib.
"Ronaldu və Messi dünya səviyyəli futbolçulardır, hərəsi özünə görə yaxşıdır. Əgər onları istedad və öz üzərində işləməyə görə tərəziyə qoysaq, Lionel birincidə, Kriştianu isə ikincidə ağır gələr. Onların ikisi də fenomenal futbolçulardır", - deyə Bonuççi bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bonucci-ronaldu-ve-messi-fenomenal-futbolculardir-heresi-ozune-gore-yaxsidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR