"Qarabağ" Riçarda qovuşdu

"Qarabağ" Riçarda qovuşdu
00:07 11 Fevral 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" cəzalı futbolçusuna qovuşub. Fanat.Az xəbər verir ki, Riçard Almeydanın cəzası başa çatıb.

Braziliyalı futbolçu Premyer Liqanın XIII turunun ötən ilin 29 noyabrında baş tutan "Qəbələ" ilə matçının 90+4-cü dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə almış və AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanmışdı. "İnter", "Neftçi", AZAL və "Zirə" ilə qarşılaşmalarda iştirak etməyən Almeyda artıq zədəsini başa vurub. Qurban Qurbanovun onu XVIII turun "Kəpəz"lə səfər oyununda ilk dəqiqələrdən meydana buraxacığı gözlənilir.

"Qarabağ" Riçardın olmadığı 4 oyundan 2-də qələbə qazanıb, 2-də heç-heçə edib. Ağdamlıların 5 qoluna rəqibləri 2 dəfə cavab verib.

Riçard bu müddətdə əvəzedici heyətlə 2 oyuna çıxıb və 2 qol vurub.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-ricarda-qovudu-t56184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR