Qışın "transfer çempionu" hansı ölkə olub?

Qışın "transfer çempionu" hansı ölkə olub?
00:17 11 Fevral 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

FIFI qış fasiləsində ölkə xaricindən alınan futbolçulara ən çox pul xərcləyən ölkənin adını açıqlayıb. Fanat.Az xəbər verir ki, Fransa klubları qışın ən fəalları olub.


Məlum olub ki, Liqa 1 klubları qışda xaricdən aldıqları futbolçulara 175 milyon avro xərcləyib. Fransız klubları bu qış Mempis Depay, Julian Draksler və Dimitri Payet kimi önəmli transferlərə imza atıb.


Fransa klublarından PSJ Julian Draksler və Qonçalo Quedes üçün 65 milyon avro sərf edib. "Marsel" keçmiş futbolçusu Dmitri Payeti geri  qaytarmaq üün 30 milyon avrodan keçib. "Lion" Mempis Depayı 18,5 milyon avroya alıb.


Fransanı ardıcıl olaraq İngiltərə, Almaniya, İspaniya və İtaliya izləyir. 5 ölkə xaricidən alınan futbolçulara ümumilikdə 801 milyon avro xərcləyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qn-quottransfer-cempionuquot-hans-olk-olub-t56185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR