Füzulidə top mərmisi tapıldı

Füzulidə top mərmisi tapıldı
00:54 11 Fevral 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Füzuli rayonunda, “Fin evləri”  adlanan ərazidə 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-471)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında  bildirilir.

 

 

Ümumilikdə  Agentlik tərəfindən 01 yanvar - 10 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə,   1 hərbi hissənin yaxınlığına, 14  ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat,             33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 89 060 kv.m ərazi  (54 860 kv.m ərazi əl ilə və 34 200 kv.m ərazi mexaniki üsulla)  yoxlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR