Tanınmış “qanuni oğru” həbs olundu - Kiyevdə

Tanınmış “qanuni oğru” həbs olundu - Kiyevdə
01:33 11 Fevral 2017
285 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna polisinin keçirdiyi əməliyyat nəticəsində Gürcüstan vətəndaşı olan, kriminal aləmin məşhur simalarından sayılan “qanuni oğru” Gela Kardava saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlǝr naziri Arsen Avakov bildirib. Onun sözlərinə görə, əməliyyat nazirliyin əməkdaşları tərəfindən həyata keçirilib.

“Kiyev polisi bu gün böyük bir əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində dünyada məşhur olan “qanuni oğru” saxlanılıb. Əməliyyat nəticəsində 42 yaşlı Gela Kardava tutulub. O, Ukrayna qanunlarının pozulmasında, oğurluq, qaçaqmalçılıq, insan oğurluğu və s. cinayətlərdə günahlandırılır”, - bu barədə nazir Facebook səhifəsində yazıb.

Bundan başqa, nazir bildirib ki, “qanuni oğru”nun hüquq-mühafizə orqanlarında yaxınlarının olduğu barədə şübhələr var. Məhz bu səbəbdən də, onun ətrafı barədə araşdırmalar aparılır. (ölke az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR