Tanınmış opera müğənnisi vəfat edib

Tanınmış opera müğənnisi vəfat edib
01:47 11 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ İsveçdə Rusiya əsilli məşhur tenor Nikolay Qedda 92 yaşında dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə "France Musique" məlumat yayıb.
Onun repertuarında 70 rol var idi. Müğənnini XX əsrin ən böyük tenorlarından biri adlandırırlar.
Nikolay Qedda 1925-ci ildə Stokholumda dünyaya gəlib. Onun anası İsveç, atası isə rus köklərinə malik olub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/taninmis-opera-mugennisi-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR