"Şampinyon" peçenyesi - FOTO

"Şampinyon" peçenyesi - FOTO
07:05 11 Fevral 2017
489 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az şampinyona bənzəyən peçenyelərin hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Ətli "qızılgül" piroqu - FOTO

Tərkibi: 

460 q un

200 q kərə yağı

150 q şəkər pudrası

1 ç.q. vanilli şəkər tozu

2 yumurta

40 q nişasta

10 q qabartma tozu

1 x.q. kakao

Yumşaq kərə yağını şəkər pudrası və vanilli şəkər tozu ilə çalın (mikser gərək deyil). Qarışdıraraq bir-bir yumurtaları əlavə edin. 

Un, nişasta və qabartma tozunu əlavə edin. 

Yoğurub üzərinə dəsmal, ya da plyonka çəkin, soyuducuda 30 dəqiqə saxlayın. 

Xəmiri 46-48 kündəyə bölün. Perqament döşənmiş siniyə düzün. Uyğun ölçülü borunun bir tərəfini kakao tozuna batırıb hər kürənin ortasına batırın (göbələyin "kötüyü" üçün). 

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 

Soyutduqdan sonra süfrəyə verin. 

Nuş olsun! 

Milli.Az

Digər maraqlı reseptlər Facebook səhifəmizdə






Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/515744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR