Qəzada yaralananan Polşanın baş naziri Varşavaya aparılıb - YENİLƏNİB

Qəzada yaralananan Polşanın baş naziri Varşavaya aparılıb - YENİLƏNİB
07:52 11 Fevral 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

07:48

Yol qəzasında xəsarət alan Polşanın baş naziri Beata Şidlo helikopterlə Varşavanın hərbi hospitalına çatdırılıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, baş nazirin vəziyyətinin stabil olduğu bildirilir.
 
Bununla belə hakim "Hüquq və ədalət" partiyasının sədri Yaroslav Kaçinski baş nazirin ciddi xəsarət aldığını bəyan edib. Qəza zamanı B.Şidlodan başqa sürücü və mühafizəçilərdən biri zərər çəkib.
 
Qeyd edək ki, Beata Şidlonun kortejinin iştirakı ilə yol-nəqliyyat hadisəsi Krakov şəhəri yaxınlığında baş verib.

10.02.2017
23:12
 
Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasında yüngül xəsarət alıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Rzecz Pospolita" qəzeti yazıb.
 
Məlumata görə, naməlum avtomobil hökumət kortejinin maşınlarının birinə çırpılıb. İçərisində Beata Şidlo olan digər avtomobil isə yolun kənarına çıxıb.
 
Yüngül xəsarət alan B.Şidlo xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükə olmadığı bildirilir.
 
22:47
 
Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasına düşüb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Krakov şəhəri yaxınlığında qeydə alınıb.
 
Məlumata görə, baş nazir müayinə üçün xəstəxanaya çatdırılıb. Onun vəziyyəti və hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR