Banqladeşdə avtobus qəzaya uğrayıb: 13 ölü

Banqladeşdə avtobus qəzaya uğrayıb: 13 ölü
08:05 11 Fevral 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Banqladeşin cənub-qərbində baş verən ağır yol qəzasında azı 13 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bxanqa yaşayış məntəqəsindən 12 kilometrliyində avtobusla qaz balonları daşıyan yük avtomobili toqquşub. Hər iki nəqliyyat vasitəsi qəzadan sonra alışıb.

Verilən məlumata görə ölənlərdən 12-i avtobusun sərnişini, 1 nəfər isə yük avtomobilinin sürücüsü olub.

Hadisə yerində araşdırma aparılır. Ölənlərin sayının artması istisna edilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516409.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR