Twitter-də təhqirlərlə mübarizə güclənir

Twitter-də təhqirlərlə mübarizə güclənir
08:12 11 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Twitter" şirkəti mikrobloqlar xidməti istifadəçilərinin təhqirləri ilə mübarizə tədbirlərini gücləndirəcək. Bu məqsədlə ötən il hazırlanan yeni təhlükəsizlik siyasətinin bir sıra müddəaları qüvvəyə minib. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, fevralın 7-dən etibarən "Twitter" şirkəti təhqiredici fəaliyyətin aparıldığı hesabların yaradılmasını və mövcudluğunu sıfıra endirmək üçün işə başlayıb. Məsələn, sosial şəbəkə qaydalarını pozduğuna görə blok edilən istifadəçi mikrobloqlar servisində yenidən səhifə aça bilməyəcək.

Bundan başqa, "Twitter" şəbəkəsində istifadəçiyə təhqiramiz və ya təhlükəli xarakter daşımayan materialların olduğu filtrdən keçirilmiş nəticələr almağa imkan verən təhlükəsiz axtarış funksiyası istifadəyə veriləcək.

Həmçinin servisdə başqa istifadəçilərin görə biləcəyi təhqiredici məlumatları dərc etmək qeyri-mümkün olacaq. Bundan əlavə, tezliklə sayt administrasiyası istifadəçilərə mənəvi ziyan vura biləcək məlumat və şərhlərin axtarışına başlamağı planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/515842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR