Füzulidə top mərmisi tapıldı

Füzulidə top mərmisi tapıldı
08:13 11 Fevral 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Füzuli rayonunda, “Fin evləri” adlanan ərazidə 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-471)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 10 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 14 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 89 060 kv.m ərazi (54 860 kv.m ərazi əl ilə və 34 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR