VR Sense hiss imkanı verəcək

VR Sense hiss imkanı verəcək
08:22 11 Fevral 2017
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Dynasty Warriors" oyunlar seriyası üzrə populyarlaşmış "Koei Tecmo Wave" şirkəti virtual reallığa yüklənmə zamanı hiss etməyə imkan verən "VR Sense" adlı oyun qurğusu təqdim edib. "VR Sense" oyun qurğusunun kabinəsi çoxfunksiyalı dəri oturacaqdan ibarətdir. Bu texnologiya sayəsində oyunçu virtual video və oyunlarda hərəkət, qoxu, toxunuş, külək, istilik, soyuq, yağış və hətta dumanı hiss edəcək. Kabinə ev istifadəsi üçün nəzərdə tutulmayıb, "ödə və oyna" prinsipi üzrə işləyir. Deməli, bu oyun qurğusu ticarət mərkəzləri və əyləncə parklarında istifadə olunacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "VR Sense" oyun qurğusunun çıxarılması anına kimi üç oyun əlçatan olacaq. "GI Jockey Sense" oyununda oyunçular virtual at üzərində səyahət zamanı hərəkət və vibrasiyanı, həmçinin külək, yağış və hətta qarın təsirini hiss edə biləcəklər. "Resident Evil" oyununun variasiyası olan "Horror Sense" oyununda oyunçuları böcəklər və xırda həşəratlar qorxudacaq. Nəhayət, "Dynasty Warrior" oyununun virtual reallığa daşınmış versiyasında hərbi döyüşlərin iştirakçısı olacaq istifadəçilər özlərini əsl müharibədə hiss edəcəklər.

"Koei Tecmo" şirkətinin nümayəndəsi onların quraşdırmasında istifadə edilən "VR" şlemin adını açıqlamayıb. 10 fevral tarixində keçiriləcək "Japan Amusement Expo 2017" sərgisində bütün təfərrüatlar haqda məlumat veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/515843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR