Şeydayev: "Yeni klubda oynamağa başlamağı səbrsizliklə gözləyirəm"

Şeydayev: "Yeni klubda oynamağa başlamağı səbrsizliklə gözləyirəm"
08:37 11 Fevral 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının və Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Ramil Şeydayev Slovakiyanın "Jilina" klubuna keçidi ilə bağlı fikirlərini bildirib.
"Report" "Jilina"nın rəsmi saytına istinadən xəbər verir ki, o, yeni komandaya keçidinə görə sevindiyini və mütəmadi oynamaq üçün yaxşı seçim olduğunu bildirib.
"Keçidimə sevinirəm. Mənim üçün yaxşı seçimdir, bu mütəmadi olaraq oynamaq və öz komandama fayda vermək üçün bir fürsətdir. Mən "Trabzonspor"un slovakiyalı legionerləri Matuş Bero və Yan Dürits ilə danışdım və onlar məni inandırdılar ki, "Jilina“ böyük klubdur və mənə uyğundur.
Ümid edirəm ki, biz birlikdə həm çempionatda, həm də avrokuboklarda qələbə qazana biləcəyik. İlk təəssüratlarım çox yaxşıdır. Yeni klubda oynamağa başlamaq imkanımı səbrsizliklə gözləyirəm", - deyə "Jilina"nın rəsmi saytı Şeydayevin sözlərini sitat gətirib.
Azərbaycan futbolçusu Slovakiyada icarə əsasında oynayacaq və onunla müqavilə 2018-ci ilin yayına qədər nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/seydayev-yeni-klubda-oynamaga-baslamagi-sebrsizlikle-gozleyirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR