“Google” “Android Wear 2.0”ni təqdim etdi

“Google” “Android Wear 2.0”ni təqdim etdi
08:37 11 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Fevralın 8-də "Google" şirkəti "Android Wear 2.0" əməliyyat sistemini təqdim edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, "ağıllı" saatlar kimi daşınar cihazlar üçün nəzərdə tutulmuş əməliyyat sistemidir.

"Google" "LG Watch Style" və "LG Watch Sport" smart saatlarının iki yeni modelini də təqdim edib. Yeni əməliyyat sistemi saatın ekranında təqvim, müxtəlif kontaktlar və digər müxtəlif əlavələrdən məlumatları əks etdirəcək. Saatın əqrəbini adi smartfonun ekranında olduğu kimi səhifələmək mümkün olacaq.

"Android Wear 2.0" proqram platforması smart saatlarında bildirişləri genişləndirməyə imkan verəcək. Məlumatlara cavab vermək üçün əllə yazılma, ekran klaviaturasından yığılma və ya sadəcə, məlumatları səslə diktə etmək mümkün olacaq. Smart saata əlavə edilmiş ağıllı cavabların verilməsi funksiyası istifadəçiyə dəstək olacaq.

"Android Wear 2.0" özünün "Google Play" mağazasına malikdir ki, bu da saatın yaddaşına dərhal əlavələr yükləməyə imkan verəcək. Ancaq "Android Wear 2.0" əməliyyat sistemini daha əvvəl satışa çıxarılmış hər smart-saat dəstəkləməyəcək.

"Android Wear 2.0" üçün yenilənmə "ASUS ZenWatch" 2 və 3, "Casio PRO TREK Smart", "Nixon Mission", həmçinin bir sıra digər smart saatlar üçün planlaşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/515851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR