Prezident məsləhətçisi İvankanın xoşuna gəlmək istədi, amma...

Prezident məsləhətçisi İvankanın xoşuna gəlmək istədi, amma...
08:37 11 Fevral 2017
254 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Etika üzrə komitəsinin başçısı Ceyson Çeyfets prezidentin məsləhətçisi Kellien Konueyin "FOX News" telekanalında İvanka Trampın yeni kolleksiyasından olan malları almaqla bağlı çağırışlarını qınayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, C.Çeyfets prezident məsləhətçisinin bu çağırışlarının bütün etik çərçivələri aşdığını bildirib:

"Ağ Ev əməkdaşları hər hansı məhsulu, xidməti və yaxud şirkəti reklam edə bilməz".

Qeyd edək ki, ABŞ-ın iri mağazalar şəbəkəsindən olan "Nordstrom" mağazaları ölkə prezidenti Donald Trampın qızı İ.Trampın brendi ilə istehsal olunan paltar, ayaqqabı və aksesuarların satışından imtina edib. Prezident D.Tramp isə "Nordstrom" mağazalarının bu hərəkətinə əsəbiləşib. O, öz "Twitter" hesabında sözügedən mağaza şəbəkələrinin İ.Tramp ilə doğru davranmadığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR