BMT: “Suriya üzrə danışıqlar prosesi pozula bilər”

BMT: “Suriya üzrə danışıqlar prosesi pozula bilər”
08:42 11 Fevral 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Şərqi Qutada yaranmış vəziyyətlə əlaqədar Suriya üzrə danışıqlar prosesi pozula bilər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.
 
"Dəməşq yaxınlığında yerləşən Şərqi Quta şəhərində yaranmış vəziyyət atəşkəs rejimi və bu yaxınlarda Cenevrədə baş tutacaq danışıqları poza bilər. Biz bununla bağlı Rusiya və Türkiyə nümayəndələri ilə ünsiyyətdə olmuşuq. Xahiş etmişik ki, vəziyyəti nəzarət altında saxlamaqda bizə kömək etsinlər. Çünki yaranmış vəziyyət danışıqlar prosesinə mənfi təsir göstərə bilər", deyə S. de Mistura qeyd edib.
 
BMT elçisi həmçinin bölgəyə humanitar yardımın vaxtında çatdırılmasının vacibliyini vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR