Fizulidə top mərmisi tapıldı - FOTO

Fizulidə top mərmisi tapıldı - FOTO
08:47 11 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli rayonunda hərbi sursat aşkar olunub.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, ″Fin evləri″ adlanan ərazidə 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-471)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürüb, 1300 kv.m. ərazi yoxlanılıb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı).

Umumilikdə Agentlik tərəfindən 01 yanvar - 10 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 14 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1521 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 89060 kv.m ərazi (54860 kv.m ərazi əl ilə və 34 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR