Google şəkli bərpa edir

Google şəkli bərpa edir
08:52 11 Fevral 2017
135 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Google Brain" elmi tədqiqat layihəsinin komandası neyron şəbəkəsi əsasında 64 pikseldən ibarət mənbədən şəkli yenidən yarada bilən kompüter alqoritmi hazırlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aşağı keyfiyyətli (8x8 piksel) bulanıq şəkil mənbə rolunda çıxış edir. Neyron şəbəkəsi ilkin emal mərhələsində başqa yüksək keyfiyyətli şəkillər tapır və onların ölçüsünü 8x8 pikselədək azaldaraq ümumi əlamətlər axtarır. "Google Brain" komandasının alqoritmi ikinci mərhələdə yüksək keyfiyyətli şəklin detallarını maksimum canlandırmağa çalışır.

Məsələn, neyron şəbəkəsi şəklin yuxarı hissəsində qəhvəyi piksellərdən ibarət cərgə gördüyü halda onun qaş olduğunu düşünə və  yenidən yarada bilər. Bu halda bilmək lazımdır ki, kompüter tərəfindən yenidən yaradılmış şəkil həqiqi deyil. "Google"un neyron şəbəkəsi gördüyü nümunələrə əsaslanaraq şəkli yenidən yaradır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/515846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR