Bakıda ahıl kişi yaşadığı evdə küt alətlə döyülüb

Bakıda ahıl kişi yaşadığı evdə küt alətlə döyülüb
09:12 11 Fevral 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ Bakıda ahıl kişi yaşadığı evdə küt alətlə döyülüb.
"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində Şabanov küçəsi ev 32-də yaşayan 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlu yaşadığı evdə tanımadığı şəxs tərəfindən küt alətlə döyülüb. Y.Əliyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-ahil-kisi-yasadigi-evde-kut-aletle-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR