"Barselona"da ciddi itki

"Barselona"da ciddi itki
09:22 11 Fevral 2017
146 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın futbolçusu Arda Turan növbəti dəfə zədələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü Kataloniya təmsilçisinin dünən baş tutan məşqində xəsarət alıb.

Aldığı zədəyə görə məşqi yarımçıq tərk edən futbolçunun durumunun ciddi olduğu üzə çıxıb. Arda bu zədəyə görə La Liqanın XXII turunda səfərdə "Alaves"ə qarşı keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.
 
Baş məşqçi Luis Enrike türk futbolçunun əvəzinə Karles Alenanı əsas komandaya cəlb edib. Türk oyunçu ilə yanaşı, Xavyer Maskerano, Jerar Pike və Rafinya da zədə səbəbindən "Alaves"lə matçda iştirak edə bilməyəcəklər.
 
Qeyd edək ki, "Alaves" - "Barselona" matçı bu gün keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR