Ermənistan səfirliyinin avtomobili qəzaya uğradı

Ermənistan səfirliyinin avtomobili qəzaya uğradı
09:42 11 Fevral 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Rusiyadakı səfirliyinə məxsus "Mercedes" markalı avtomobil Moskvada "Şeremetyevo" hava limanı ərazisində qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat katibi Levon Torqomyan "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, avtomobil "Şeremetyevo" hava limanı istiqamətində hərəkət edərkən, "Kia" markalı maşınla toqquşub: "İlkin məlumata görə, xəsarət alan yoxdur".
Mətbuat katibi hadisənin səbəblərinin araşdırıldığını söyləyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR