Biri bağışlandı, biri yox

Biri bağışlandı, biri yox
09:47 11 Fevral 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya Futbol Federasiyasının İntizam Komitəsi "İnter"in şikayətinə baxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "neradzurra" A seriyasının 23-cü turu çərçivəsində baş tutmuş "Yuventus"la oyunda (0:1) birbaşa qırmızı vərəqə almış İvan Perişiçin və hakimə sərt etiraz edən Mauro İkardinin 2 oyunluq cəzasının aşağı salınmasını tələb etmişdi.

İntizam Komitəsi "İnter"in müraciətinə baxıb. Komitə Perişiçin cəzasının 2 oyundan 1 oyuna endirsə də, İkardinin cəzasını olduğu kimi saxlayıb.
 
Bu da o deməkdir ki, kapitan İtaliya A seriyasının "Empoli" və "Bolonya" ilə oyunlarında "İnter"ə kömək edə bilməyəcək. Perişiç isə yalnız "Empoli" ilə oyunu buraxacaq.
 
Qeyd edək ki, hazırda hesabında 42 xal olan "İnter" 5-ci pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR